Bazar ertəsi “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və UNİCEF arasında “bütün uşaqlar üçün idman gücünün artırılması və gənclərin həyatının rəngarəngliyinin təmin edilməsi” məqsədilə əməkdaşlığa dair tərəfdaşlıq müqaviləsi imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin imzalanma mərasimindən verdiyi məlumata görə, tərəfdaşlığa dair sənədi BEGOC-un baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari-Pyer Puarye imzalayıblar.
“İdman sağlam gənclərin inkişafı üçün mühüm alətdir”, - deyə A.Rəhimov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin 60%-ni gənclər təşkil edir və ölkə rəhbərliyi gənclərin inkişafı ilə bağlı mühüm addımlar atır.
“Hər birimizin üzərinə parlaq gələcək üçün məsuliyyət düşür və biz ölkəmizi uşaqlar üçün əlverişli məkana çevirməyə hazırıq. Gənclər əhalinin mğəqsədyönlü hissəsidir və idman onun inkişafı üçün çox güclü alətdir”, - deyə A.Rəhimov qeyd edib.
O, “Bakı-2015” Avropa Oyunlarının uğurla keçiriləcəyinə əminlik ifadə edib.
“Qarşımızda Avropa Oyunlarının uğurla keçirilməsinə dair böyük vəzifə durur. 2016-cı ildə Azərbaycanda “Formula-1” yarışının mərhələlərindən biri, 2017-ci ildə növbəti İslam Həmrəylik Oyunları, 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək. Avropa Oyunları və bu yarışların yüksək səviyyədə keçirilməsi gənclər və uşaqların idmana cəlb edilməsi üçün zəruridir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Avropa Oyunlarının böyük potensialı var və bu, Azərbaycanın maraqlarına xidmət etməlidir.
“İdman uşaqlıq və gəncliyin inkişafına böyük töhfə verə bilər. Əminəm ki, iyun ayında Azərbaycan gəncləri bütün dünya qarşısında öz bacarığını nümayiş etdirəcək”, - deyə A.Rəhimov vurğulayıb.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışlar 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət