Bakı Çinlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin katibi Du Çinlin ilə görüşündə bəyan edib.
“AzərTAc” dövlət informasiya agentliyinin verdiyi məlumata görə, Ə.Həsənov Azərbaycanın energetika sahəsindəki potensialı nəzərə alınaraq, Çinlə neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bərpa olunan enerji sahəsində bu ölkənin əldə etdiyi texniki nailiyyətlərin Azərbaycanda tətbiqi ilə bağlı öz ölkəsinin bəzi istəklərini Çin tərəfinin diqqətinə çatdırıb.
Bundan başqa, Azərbaycanda müasir tipli kənd təsərrüfatı müəssisələrinin yaradılmasında qabaqcıl Çin təcrübəsinin öyrənilməsi və Çinin aparıcı şirkətlərinin Azərbaycana dəvət olunmasının əməkdaşlığımızın ümumi çərçivəsinin genişləndirilməsində yaxşı imkanlar yarada biləcəyi vurğulanıb.
Ə.Həsənov 2014-cü ilin mayında prezident İlham Əliyevin Çinə səfər etdiyini xatırladaraq bildirib ki, ölkə başçısı nəqliyyat-kommunikasiya, logistika və xidmət sahələrində fəaliyyət göstərən Çin şirkətlərini bu sahədə fəal əməkdaşlığa dəvət edib.
O, Çin-Azərbaycan dostluğunun iki min illik tarixə malik olduğunu vurğulayaraq, müstəqillik illərində ölkəmizə göstərilən dəstəyə görə Çin hökumətinə təşəkkür edib.
Azərbaycanın Çinin ən yaxşı dostu və tərəfdaşı olduğunu xüsusi qeyd edən Du Çinlin, bu əlaqələrin təkcə ikitərəfli münasibətlərdə deyil, həmçinin regional və beynəlxalq məsələlərdə də daim özünü göstərdiyini diqqətə çatdırıb.
O, Qədim İpək Yolunun iki ölkə arasındakı tarixi əlaqələrin inkişafında müstəsna rol oynadığını xatırladaraq, bu layihənin təkcə regionun deyil, həmçinin dünya iqtisadiyyatının inkişafına böyük təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı qarşılıqlı dəstəyin gələcəkdə də davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
İkitərəfli münasibətlərini beynəlxalq hüququn 3 əsas prinsipi - ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, mübahisəli məsələlərin sülh yolu ilə həlli və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulduğunu bildiriblər.
Ə.Həsənov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi barədə məlumat verib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan etnik separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır. O, bunun hazırkı şəraitdə nəinki təkcə ayrı-ayrı regionlar, bütünlükdə bəşəriyyət üçün böyük təhlükə olduğunu, terror cəhdlərinin qarşısının bütün dünyada qətiyyətlə və ciddi şəkildə alınmasının vacibliyini vurğulayıb, Çində və Azərbaycanda daxili sabitliyin qorunmasının hər iki ölkə üçün çox vacib olduğunu bildirib.
Görüşdə dost ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Ə.Həsənov səfər çərçivəsində bu ölkənin digər rəsmiləri ilə, o cümlədən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li ilə görüşlər keçirib.
O, 15 milyon əhalisi olan Tiencin şəhərində olub, Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, Təbliğat-təşviqat idarəsinin rəisi Van Xenşen ilə görüşüb.
Tərəflər Bakının və Tiencinin liman şəhərləri olduğunu nəzərə çatdıraraq, onlar arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsini təklif ediblər.
Ə.Həsənov Tiencin şəhərinin bir sıra sənaye obyektləri ilə tanış olub.
R. Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət