Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli balerina, pedaqoq, baletmeyster, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illiyi münasibətilə tamaşaçıların ən çox sevdiyi balet tamaşalarını nümayiş etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Belə ki, aprelin 5-də Opera və Balet Teatrının səhnəsində görkəmli balerinaya həsr olunan “Qız qalası” tamaşası oynanılacaq.
Bəstəkar, Azərbaycanın xalq artisti Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası 1940-cı il aprelin 16-da Bakıda keçirilib. Bununla da milli xoreoqrafiyanın əsası qoyulub.
Baletin quruluşu Azərbaycanın görkəmli balerinası, Gülyanağın əsas partiyasını ifa etmiş Q.Almaszadəyə məxsus idi.
Aprelin 5-də “Qız qalası” baletində əsas partiyaları xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq), Anar Mikayılov (Cahangir xan) və başqaları ifa edəcəklər.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət