Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tabeliyində olan şəxsləri müsəlmanları şiə və sünnilərə ayırmaqdan çəkindirib.
“Müsəlmanlar bir-birini sünni və şiə adlandırırlar. Bunlar bizi bir-birimizdən ayırmaq deməkdir. Bu siyasətdir. Biz məzhəb ayrı-seçkiliyi edən deyilik”, - deyə A.Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə bəyan edib. O vurğulayıb ki, vətəndaşın İslamın hansı cərəyanının tərəfdarı olmasına baxmayaraq, “biz hər birimiz Vətənə xidmət və Allaha ibadət etməliyik”.
“Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bir daha deyirəm, kim əgər sünni-şiəlik etsə, məzhəb ayrı-seçkiliyi etsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam”, - deyə şeyx bildirib.
O vurğulayıb ki, bu gün hətta sünni və şiəlik daxilində müxtəlif təfriqələryaradılır. “Bu baş verməməlidir, biz buna imkan yaratmayacağıq. Biz radikalizmin kökünü kəsəcəyik”, - deyə QMİ sədri bəyan edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət