Bu il ərzində Misirdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi “İnterfaks-Azərbaycan” informasiya agentliyinə müsahibəsində bildirib.
“Azərbaycanda dəfələrlə Misir Mədəniyyət Günləri, Misirdə isə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bizim tətbiq etdiyimiz qaydaya əsasən bu tədbir bir il Azərbaycan, gələn il Misirdə keçirilir. Ötən il tədbirlər Azərbaycanda keçirilib. Bu il Misirdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini planlaşdırırıq”, - deyə Ə.Elaydi qeyd edib.
O, həmçinin vurğulayıb ki, bu il Azərbaycan və Misir universitetləri arasında əməkdaşlığa dair saziş imzalanacaq.
“Biz təhsil sahəsində də əməkdaşlıq edirik. Yaxın vaxtlarda ADA Universiteti ilə Misir Universiteti arasında əməkdaşlığa dair saziş imzalanacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Misirin Ayn-ül-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris edilir. “Hər il universitetin Azərbaycan dilini öyrənən 100-ə yaxın tələbəsi məzun olur”.
Bundan başqa, Misirdə təxminən 150 azərbaycanlı tələbə təhsil alır.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/635688 saytında tanış olmaq olar.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət