Naxçıvan şəhərində neft geofizikası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan siyasi plakat və karikaturalardan ibarət sərgisi təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis Aparatının şöbə müdiri Rəhman Məmmədov çıxış edərək, ermənilərin son iki əsrdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı soyqırımı siyasəti yeritdiyini bildirib.
R.Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi neft geofizikası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Şərq Neft Akademiyasının və bir sıra beynəlxalq elmi akademiya və cəmiyyətlərin üzvü, professor Kərim Kərimovun karikaturaları əsasında təşkil edilib.
Qeyd edilib ki, K.Kərimov alimliklə yanaşı, 1956-cı ildən həm də rəssamlıqla məşğul olur. Ötən müddət ərzində o, müxtəlif mövzularda 6 minə yaxın karikatura çəkib. 1988-ci ildən isə alim-rəssamın siyasi plakat və karikaturalarının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin ifşası ilə əlaqədardır.
K.Kərimovun karikaturaları “böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanların dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, siyasi karikatura ustalarından olan K.Kərimovun bu gün Naxçıvan Muxtar Respublikasında ikinci dəfə sərgisi təşkil olunub.
Karikatura yaradıcılığı ilə K.Kərimov Azərbaycanda siyasi karikatura məktəbi yaradıb. Onun karikaturaları müəllifin 20-yə yaxın fərdi sərgisində nümayiş etdirilib.
O, sərginin təşkili üçün minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.
Aprel ayının 2-nə qədər davam edəcək sərgidə satirik rəssamın 80 əl işi nümayiş etdirilir. Sərgi başa çatdıqdan sonra nümayiş etdirilən əsərlər müəllifin arzusu ilə Naxçıvan şəhərindəki H.Əliyev adına Hərbi Liseyə və muxtar respublikadakı hərbi hissələrə hədiyyə olunacaq.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət