Güclü külək Şəmkir və Samuxun bir neçə kəndini işıqsız qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Belə ki, Şəmkirdə daha çox elektrik təsərrüfatına ziyan vuran külən rayonun 11 yaşayış məntəqəsini işıqsız qoyub. Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, yalnız Günəşli kəndi istisna olmaqla, digər yaşayış məntəqələrində naqillər sıradan çıxıb.
Həyata keçirilən tədbirlər nəticəsində Dəllər-Cırdaxan, Daşbulaq və Posanlı yaşayış massivlərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda Dəllər qəsəbəsi, Abbaslı, Aşağı Seyfəli və Yeniabad kəndlərində enerjinin bərpa olunması istiqamətində iş aparılır.
Samux rayonunda isə külək mərkəz də daxil olmaqla 6 kəndi işıqsız qoyub. Görülən tədbirlər nəticəsində Samux şəhəri Alıuşağı, Zazalı, Qiyaslı və Tatlı kəndlərinə enerji verilişi səhər saatlarında bərpa olnub. Hazırda Sərkar və Hacallı kəndləri işıqsızdır. Rayon Elektrik Şəbəkəsinin əməkdaşları sözügedən yaşayış məntəqələrinə enerjinin verilməsi istiqamətində çalışırlar.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət