Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmi Amerika Birləşmiş Ştatlarında keçiriləcək iki beynəlxalq festivalın proqramına daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
10-19 aprel tarixlərində Hyustonda keçirələcək məşhur Worldfest-Houston International Film Festival çərçivəsində filmin Amerika təqdimatı baş tutacaq. “Axınla aşağı” festivalın əsas proqramında yer alıb.
Film, həmçinin 30 aprel-7 may tarixlərində Los-Ancelesdə keçiriləcək SEEfest Film Festivalında da nümayiş etdiriləcək.
Filmin ssenari müəllifləri Asif Rüstəmovvə Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
Qeyd edək ki, filmin dünya premyerası Karlovy Vary Beynəlxalq Film Festivalı(Çexiya) çərçivəsində“East of the West” müsabiqə proqramında gerçəkləşib.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət