Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə tamamilə hazırdır. Bu barədə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
Dövlət başçısının saytında bildirilir ki, çərşənbə günü Bakıda keçirilmiş görüşdə şahzadə Azərbaycanda ən müasir səviyyədə idman infrastrukturunun yaradılmasının ona xoş təsir bağışladığını qeyd edib.
Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan İ.Əliyev bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayıb. Prezident, eyni zamanda səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını deyib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət