Azərbaycan rəhbərliyi miqrantların problemlərinin həllinə böyük diqqət ayırır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çərşənbə günü “Caspian European Club”un Bakıda keçirdiyi biznes forumda bəyan edib.
“Ölkədə bu istiqamətdə müəyyən addımlar atılıb, o cümlədən 2013-cü ildə Miqrasiya Məcəlləsi qəbul edilib”, - deyə o bildirib.
F.Nəbiyev Azərbaycanın əcnəbilər üçün marağının artdığını qeyd edib. O vurğulayıb ki, respublikaya səfər edən miqrantların sayı ildən iləartır.
“O cümlədən son illər ərzində miqrantlar üçün təyinat ölkəsinə çevrilən Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaq istəyən şirkət və sahibkarların da sayı artır”, - deyə DMX rəisi qeyd edib.
Onun sözlərinə görə, mütəmadi olaraq miqrasiya qanunvericiliyinə əcnəbi miqrantların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda yaşamaq və işləmək hüququ əldə etməsinə yönələn proseslərin sadələşdirilməsi ilə bağlı düzəlişlər edilir.
“Bu istiqamətdə qanunvericlikdə öz əksini tapacaq yeni təkliflər hazırlamışıq”, - deyə F.Nəbiyev vurğulayıb.
DMX rəisi miqrantların Azərbaycanda qeydiyyat məqsədilə ərizə vermə müddətinin miqrantın ölkə ərazisinə daxil olduğu andan etibarən 3 gündən 10 günə qədər artırılmasının Miqrasiya Məcəlləsinə edilən müsbət dəyişiklik olduğunu deyib.
Bundan başqa, o, biznes qurmaq məqsədilə Azərbaycana gəlmək istəyən əcnəbilərin də sayının artdığını söyləyib.
“Bu cür vətəndaşlar problemlərinin həlli üçün əvvəllər tez-tez bizə müraciət edirdilər. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində Azərbaycan iqtisadiyyatına 500 min manat məbləğində sərmayə yatıran miqrantlar üç il müddətinə respublikada yaşamaq hüququ əldə edirlər. Ən azı 100 min manat məbləğində bank hesabı açanlar isə bir il müddətinə Azərbaycanda yaşamaq hüququ əldə edirlər”, - deyə F.Nəbiyev bildirib.
O, Azərbaycanda daimi yaşamaq hüququ əldə etmək üçün Xidmətə müraciət edən əcnəbilərin sayının artdığını qeyd edib.
DMX rəisi Azərbaycanda fəaliyyət göstərən şirkətləri miqrantların əməyinin istifadəsindən imtina etməyə, həmçinin Azərbaycan vətəndaşlarını da işlə təmin etməyə çağırıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət