Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov seminarda çıxış edərək bildirib ki, bu seminarın dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşməsində mühüm rolu olacaq.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “İnnovativ inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında (2003-2014)” mövzusunda məruzə edib. Bildirilib ki, seminar iştirakçılarına təqdim olunacaq məlumatlar beynəlxalq təşkilatların rəsmi saytlarında yerləşdirilən rəsmi hesabatlardan götürülüb və Azərbaycanın inkişafını özündə əks etdirir.
U.Ələkbərov bir çox dövlət təşkilatları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun bu strategiyanın həyata keçirilməsində rolundan danışıb. Məruzəçi innovativ inkişafın əsas amilinin insan potensialı olduğunu qeyd edib.
Seminarda “Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik”, “Dövlət qulluqçularının qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında məruzələr dinlənilib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət