2014-cü ildə Hesablama Palatası 82 yoxlama həyata keçirib. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çərşənbə axşamı parlamentdə Palatanın ötənilki fəaliyyətinə dair hesabatın Milli Məclisdə müzakirəsi zamanı məlumat verib.
“Yoxlamalar 126 obyektin fəaliyyətini əhatə edib. 2014-cü ildə yoxlamaların sayı 2013-cü illə müqayisədə 9,3%, həmin yoxlamaların əhatə etdiyi vəsaitin həcmi 59,7% artıb”, - deyə V.Gülməmmədov bildirib.
2014-cü ildə Palatanın həyata keçirdiyi yoxlamaların yekunları üzrə dövlət büdcəsinə 8,6 mln. manat, 47,1 min avro və $7,5 min həcmində vəsait ödənilib.
Əmək qanunvericiliyinin pozulması hallarının aşkar olunduğu yoxlamalar nəticəsində dövlət büdcəsinə 678,8 min manat vəsaitin (əsasən tikinti işləri zamanı layihə-smeta sənədlərinə riayət olunmamasına görə 616,1 min manat məbləğində əsassız xərclənmişdövlət büdcəsi vəsaitinin)ödənilməsi təmin edilib.
V.Gülməmmədov əlavə edib ki, ötən il Palatanın Vergilər Nazirliyi ilə birgə keçirdiyi yoxlamalar 3,3 mln. manat məbləğində əlavə vergi ödəməyə imkan verib.
“2014-cü ildə ciddi pozuntuların aşkar edildiyi 4 yoxlamaya dair materiallar Baş Prokurorluğa göndərilib. Həmin yoxlamalar 2,5 mln. manat məbləğində büdcə vəsaitini bərpa etməyə imkan verib”, - deyə o əlavə edib.
Milli Məclis Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatı təsdiq edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət