Bu gün Gəncədə yığılan ilk “KamAZ” konveyerdən buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
İlk “KamAZ”ın sükanı arxasına Rusiyanın Tatarıstan Respublikasının prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanov əyləşib.
Bu ilin fevralında Rusiyanın “KamAZ” şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında bağlanan müqavilə əsasında ildə 1500 avtomobil istehsalına malik yeni xətt quraşdırılıb. Burada ilkin mərhələdə 31 müxtəlif modeldə “KamAZ” avtomobillərinin yığılması planlaşdırılıb.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin,Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev iştirak ediblər.
Mərasimdə çıxış edənlər Gəncədə Rusiya avtomobillərinin istehsalını iki ölkə arasında mövcud olan mehriban münasibətlərin məntiqi davamı kimi xarakterizə ediblər.
İlin sonunadək zavodda “KamAZ”ın sənaye yığımı üçün ayrıca sexin yaradılması da nəzərdə tutulub.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, artıq Gəncədə istehsal olunan “KamAZ” markalı yük maşınlarının ilk alıcıları var. Nəqliyyat Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti bu avtomobillərin xidmətindən istifadə edəcək.
F. Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət