1 mart 2015-ci il tarixinə Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunana qədər əmanətlər və depozitlər) 20 mlrd. 115,17 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 6,73% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Cari ilin fevral ayında geniş mənada pul kütləsi 2,2% azalıb.
2015-ci il martın 1-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 7 mlrd. 957,73 mln. manat təşkil edib. Fevral ayı ərzində azalma 14,87%, yanvar-fevral aylarında 21,61% olub.
2015-ci il martın əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər və depozitlər) 10 mlrd. 108,2 min manat təşkil edib. Fevral ayı ərzində azalma 14%, yanvar-fevral aylarında 21,2% olub.
2015-ci il martın 1-nə M2 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 13 mlrd. 607 mln. manat təşkil edir, fevral ayı ərzində azalma 16,2%-ə, 2015-ci ilin əvvəlindən 22%-ə bərabərolub.
2015-ci il mart ayının əvvəlinə xarici valyutada depozitlər 6 mlrd. 508,1 mln. manat təşkil edib, fevral ayı ərzində artım 50,2%, yanvar-fevral aylarında 57,65% olub. Geniş pul kütləsi strukturunda xarici valyuta ilə depozitlərin payı 2015-ci il fevralın 1-nə olan 21,06%-ə qarşı 1 mart 2015-cü ilə 32,35% təşkil edir.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət