2014-cü il ərzində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) gəlirləri 40 mlrd. manat təşkil edib. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çərşənbə günü Caspian European Club-un Bakıda təşkil etdiyi biznes forumda məlumat verib.
“2014-cü ildə SOCAR-ın illik gəliri 40 mlrd. manat, illik mənfəəti 1,1 mlrd. manat təşkil edib”, - deyə T.Qasımov bildirib.
Onun sözlərinə görə, 1 yanvar 2015-ci il tarixinə SOCAR-ın aktivləri 24 mlrd. manatı ötür.
S.Qasımov vurğulayıb ki, dünya bazarlarında neftin qiymətinin aşağı olması SOCAR-ın gəlirlərinə təsir edib, “lakin çox yox, çünki şirkət öz neftini ixrac etmir, daxili bazara yönəldir”.
“Şirkətin hasil etdiyi neftin ümumi həcmindən 72% daxili bazara, 28% ixraca yönəldilir. Xam neft daxili bazarın neft məhsullarına olan tələbatının ödənilməsi məqsədilə emala göndərilir. Ölkənin daxili bazarında qaz və neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Bu, şirkətə öz proqramlarını tam həcmdə olmasa belə, müəyyən dərəcədə maliyyələşdirməyə imkan verir”, - deyə o qeyd edib.
Şirkətin vitse-prezidenti jurnalistlərlə söhbət zamanı məlumat verib ki, cari ilin əvvəlinə SOCAR-ın birləşdirilmiş borcu $6,9 mlrd.-ı ötür.
“Borc strukturunda $1,5 mlrd. avrobondların, təxminən $1 mlrd. üçüncü tərəflərin neftinin alqı-satqısı məqsədilə “SOCAR Trading”in qısamüddətli borcunun payına düşür. Daha $1 mlrd. vəsaiti Türkiyədə layihələrin reallaşdırlması, təxminən $1 mlrd. vəsaiti isə Dövlət Neft Fondundan bir sıra layihələrin həyata keçirilməsi üçün cəlb etmişik”, - deyə S.Qasımov qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət