Bakı Ali Neft Məktəbi (BANM) və Bolqarıstanın Angel Kançev adına Ruse Universiteti (AKRU) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımovun dəvəti ilə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub.
Əməkdaşlığın əsas məqsədi BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının AKRU tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi-tədqiqat işlərinin aparılmasını təmin etməkdir.
Sonra Angel Kançev adına Ruse Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları ali məktəbdə görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universtitetlər ilə yaradılan əməkdaşlıqdan bəhs edib. BANM-in növbəti tərəfdaşı Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.
M.Xistova iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından şad olduğunu bildirib və bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsindəki ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminlik ifadə edib.
AKRU-nun rektoru, professor Xristo İvanov Beloyev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında təbdir iştirakçılarına geniş məlumat verib. AKRU-nun avtonom dövlət ali məktəb olduğunu qeyd edən rektor, universitetdə 10 min tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonda Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektoru BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət