Azərbaycan Sovet xalqının faşizm üzərində qələbəsinə böyük töhfə verib. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.
“Əgər Bakı öz nefti ilə kömək etməsəydi, biz bəlkə də bu gün Qələbə gününü qeyd etməzdik”,- deyə A.Əlizadə Qələbənin 70 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, qələbədə Sovet İttifaqı xalqlarının birliyi də böyük rol oynayıb.
“Bizim kimyaçılarımız da gecə-gündüz yuxu və istirahət bilmədən işləyərək qələbənin qazanılmasına böyük töhfələr veriblər”,- deyə o qeyd edib.
Akademik bildirib ki, bu gün dəyərləri dəyişmək istəyən dövlətlər var ki, onlar insanlara bu günün qeyd edilməsini unutdurmaq istəyirlər”,- deyə o bildirib.
“Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra bu bayramın bərpa edilməsi barədə fərman imzalayıb”,- deyən A.Əlizadə əlavə edib ki, respublikada Qələbə gününün qeyd edilməsinə böyük əhəmiyyət verilir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Qələbə gününə, veteranlara və müharibə iştirakçılarına qayğı ilə yanaşır.
“Ölkə rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına böyük qayğı göstərir”,- deyə o bildirib.
H.Hüseynovanın sözlərinə görə, gələcək nəsillərin dinc həyatı naminə həyatlarını qurban verən insanlar Azərbaycan gəncləri üçün örnəkdir.
“Bu qəhrəman insanların içində müharibəyə köməklik göstərmiş və kişilərlə çiyin-çiyinə döyüşmüş qadınları xüsusilə qeyd etmək lazımdır”,- deyə o bildirib.
Komitə sədri bu gün Azərbaycana qarşı tətbiq edilən ikili standartlar barəsində danşaraq deyib ki, Azərbaycan xalqı daha güclü olmalı və birləşməlidir.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova öz çıxışında yaralıları xilas edən, müalicə edən azərbaycanlı qadınların qələbəyə verdiyi töhfədən danışıb. O, həmçinin müharibə veteranlarına və iştirakçılarına qayğı göstərilməsinin vacibliyini qeyd edib.
“Bu gün Respublika Veteranlar Şurasının 1 mln.-dan çox üzvü var”,- deyə şuranın sədri Dadaş Rzayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1342 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.
“Respublikada veteranlara qayğı göstərilir”,- deyə D.Rzayev söyləyib.
Bakıda faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə elmi-praktik konfrans keçirilib. Tədbirin təşkilatçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasıdır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət