Samux rayon Baytarlıq İdarəsi yaylaq mövsümünün başlaması ilə əlaqədər iribuynuzlu mal-qaranı yoluxucu xəstəliklərdən qorunması və baş sayının artırılması məqsədi ilə profilaktik yoxlamadan keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Hazırda dabaq əlehinə peyvəndlənmə aparırıq. 16 min baş mal-qara peyvənd edilib. May ayının sonuna qədər tədbirlər başa çatacaq”, – deyə Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov bildirib.
Samux rayon Baytarlıq İdarəsinin əməkdaşları iri buynuzlu heyvanlardan qan nümunələri götürüb, qarayara və nodulyar dermatit virusuna qarşı peyvənd ediblər. Həmçinin vərəm əleyhinə müayinələr aparılıb.
“İndi rayonda 22 min baş iri buynuzlu mal-qara, 163 min baş xırda davar bəslənilir. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər hesabına yeni yaradılan Bozdağ Fermer Təsərrüfatı rayonda heyvandarlığın inkişafına geniş imkanlar açıb” – deyə idarə rəisi qeyd edib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət