Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, qəbulda Naftalan və Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl,Kəlbəcər və Samux rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbulda səslənən müraciət və təkliflər Naftalanda mədəniyyət sarayının tikintisi, Samuxun Lək kəndində uşaq musiqi məktəbi filialının açılması, rayonda rəsm qalereyasının və uşaq kitabxanasının yaradılması, Daşkəsəndə tarix-memarlıq abidələrinin bərpası, rayon tarix-diyarşünaslıq muzeyinin yeni binaya köçürülməsi, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı olub.
Vətəndaşlar nazirdən Gəncədə ictimai əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına, Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkilinə dəstək verməsini, rayonda qış turizminin inkişaf etdirilməsi üçün tədbirlər görülməsini xahiş ediblər.
“Vətəndaşların təşəbbüskarlığı, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsi təqdirəlayiq haldır. Qaldırılan bütün məsələlər diqqətlə nəzərdən keçiriləcək, zəruri tədbirlər görüləcək. Vətəndaşlarla görüşlərdə qeyd edilən məsələlər konseptual şəkildə daim nazirliyin diqqətindədir və müvafiq proqramlar, layihələr çərçivəsində tədricən həllini tapır”, – deyə Ə.Qarayev bildirib.
Qəbuldan sonra nazirin sədrliyi ilə regionlarda ilk dəfə olaraq Naftalanda “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda kollegiya iclası keçirilib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət