Şirvan şəhərində E.B. İmanov adına 10 nömrəli məktəbdə Rus dili və ədəbiyyatı üzrə Respublika olimpiadasının növbəti turu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) məlumat verilib.
Olimpiada Rusiya səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbycan Rusdilli Müəllimlər Assosiasiyası tərəfindən təşkil edilib. Tədbirdə Şirvan, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Kürdəmir, Beyləqan, Ucar və Ağsu rayonlarından 33 məktəbin şagirdləri iştirak edib.
Olimpiada iştirakçılarını, müəllimləri və valideynləri “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev və Azərbaycan Rusdilli Müəllimlər Assosiasiyasının sədri Lyubov Yakunina salamlayıblar.
Bu il olimpiada S.A.Yeseninin 120 illiyinə və Rusiyada Ədəbiyyat ilinə həsr olunub.
Şairin həyat və yaradıcılığı haqqında sənədli film nümayiş etdirilib. Film RİMM əməkdaşları tərəfindən hazırlanıb və S.Yeseninin Azərbaycanda keçirdiyi günlərdən də bəhs edir.
Olimpiada iştirakçıları test tapşırıqlarının öhdəsindən uğurla gəliblər.
İrəlidə Gəncə, Tovuz şəhərlərində və Naxçıvan Muxtar Respublikasında daha üç regional turun keçirilməsi planlaşdırılıb.
Olimpiadaya mayın 23-də Bakı Slavyan Universitetində təntənəli surətdə yekun vurulacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət