Azərbaycan ilə İranın din sahəsində əməkdaşlığı radikal cərəyanların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkman ilə görüş zamanı bəyan edib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə M.Qurbanlı son zamanlar dünyada islamofobiya hallarının artdığını qeyd edib və vurğulayıb ki, bəzi qüvvələr maraqları dairəsində təcavüz təbliğatını İslamın boynuna qoymağa cəhd edirlər.
“Yaxın Şərqdə baş verən bəzi münaqişəli siyasi proseslər narahatlıq doğurmaya bilməz. İslam dini adından istifadə edən radikal qruplaşmalar böyük qüvvələrin əlində oyuncağa çevrilərək əhaliyə zülm edirlər. Bu kimi halların ölkələrimizə yayılmaması üçün qarşılıqlı fəaliyyət göstərmək zəruridir”, - deyə M.Qurbanlı qeyd edib.
O, həmçinin vurğulayıb ki, din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış təbliğata uymasının qarşısını almalıdırlar. Azərbaycan və İran xalqlarının eyni tarixi köklərə və adət-ənənəyə malik olduğunu söyləyən komitə sədri deyib ki, Azərbaycan prezidenti İlham Əliyev İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verir.
“Məhz prezidentlərin siyasi iradəsinin nəticəsidir ki, tarixən qonşu olan Azərbaycan və İran arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Artıq iqtisadi, siyasi, ticarət, mədəniyyət sahələrində nəzərə çarpacaq dərəcədə yaxınlaşma müşahidə edilir. Bunlarla yanaşı, hər iki xalqın eyni dinə mənsub olması da din sahəsində də əlaqələrin inkişaf etdirilməsi zərurətini meydana gətirib. Bu baxımdan din xadimlərinin və müvafiq dövlət qurumlarının qarşılıqlı səfərləri və mövcud problemlərin müzakirə edilərək aradan qaldırılması hər iki dövlətin maraqlarına uyğundur”, - deyə M.Qurbanlı qeyd edib.
Komitə sədri, həmçinin Tehranla Bakı arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa da toxunub. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edir.
“Azərbaycan prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək”, - deyə o vurğulayıb.
Öz növbəsində İ.Türkman bildirib ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır.
“Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”, - deyə İ.Türkman bəyan edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət