Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində Qum şəhərində Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə dini təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
M.Qurbanlı təhsil sahəsində Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlığın mövcudluğunu qeyd edib. O, Əl-Mustafa Beynəlxalq Universitetində azərbaycanlıların təhsil almalarının sistemili şəkildə həyata keçirilməsinin zəruriliyini bildirib. Komitə sədri, həmçinin qeyd edib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.
M.Qurbanlı bildirib ki, Azərbaycanda da gənclər dini təhsil almaq imkanına malikdirlər. O, İran ali məktəbinin rektorunu Bakıda İslam Universitetinin və Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti ilə tanış edib.
Öz növbəsində Ə.Əarafi bildirib ki, Avropanın ali təhsil müəssisələri ilə yaxın əməkdaşlıq əlaqələrinə malik olan Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır.
O, elmi və düşüncəsi zəif olan gənclərin təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulmasının qarşısını almaq məqsədilə qarşılıqlı əməkdaşlığın inkişafının və gənclərə səviyyəli elm öyrətmənin zəruriliyini vurğulayıb.
Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradıması, tələbə və müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə və İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət