Bu gün Bakıda “Elite Horse and Polo Club” Atçılıq Mərkəzində atçılıq idmanının konkur növüüzrə «Heydər Əliyev Kuboku» uğrunda CSI4*kateqoriyalı beynəlxalqturnir start götürür.
Yarışlar AzərbaycanRespublikasıAtçılıq İdman Federasiyası (ARAF) və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə yeddinci dəfə təşkil olunur.
“Üç gün ərzində turnir çərçivəsində müxtəlif mükafat fonduna malik 5 yarış keçiriləcək. Heydər Əliyev Kuboku uğrunda əsas turnir mayın 9-da keçiriləcək və mükafat fondu 100 min avro təşkil edir. Yarışların ümumi mükafat fondu 203,5 min avroya bərabərdir”, - deyə ARAF-ın baş katibi Bəhruz Nəbiyev cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mayın 7-dən 9-na qədər davam edəcək Heydər Əliyev Kuboku uğrunda turnirdə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Lüksemburq və İrandan 18 çapar 41 atın qələbə qazanması uğrunda mübarizə aparacaq.
“Yarışlarda Azərbaycanı 8, İranı 5, Gürcüstanı 2, Rusiya, Lüksemburq və Türkiyənin hər birini 1 çapar təmsil edəcək”, - deyə B.Nəbiyev əlavə edib.
ARAF-ın baş katibi “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən qeyd edib ki, turnir 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
“Cümə və şənbə günləri keçiriləcək yarışlarda çaparlar maksimum 50 lisenziya balı, şənbə günü isə 100 keçid balı toplaya bilərlər”,- deyə o vurğulayıb.
Azərbaycanlı idmançılar 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmaq üçün 29 ölkədən çaparların təmsil olunduğu C qrupunda mübarizə aparırlar. Bu qrupdan yalnız bir nəfər Olimpiadaya lisenziya əldə edə bilər.
“Hazırda C qrupunda rusiyalı Vladimir Tuqanov 500-ə yaxın balla liderlik edir, ikinci yerdə təxminən 350 balla Türkiyə nümayəndəsi Ömər Qara, üçüncü yerdə Türkiyə nümayəndəsindən 70-80 bal geri qalan Camal Rəhimov qərarlaşıb”, - deyə B.Nəbiyev söyləyib.
Onun sözlərinə görə, C.Rəhimovun Heydər Əliyev Kuboku uğrunda turinirdə uğurlu çıxışı onu C qrupunda ikinci yerə çıxara bilər.
Mətbuat konfransında çıxış edən Türkiyə, Rusiya və İrandan gəlmiş hakimlər yarışların yüksək səviyyədə hazırlandığını qeyd ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət