Bu gün Qəbələdə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşündə 3-cü mərhələyə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Üçüncü mərhələdə iştirkçılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər.
“Tour d`Azerbaidjan-2015” veloyürüşünə 24 ölkəsini təmsil edən 25 komanda qatılıb.
Bir gün əvvəl Veloparkdan start götürməklə İsmayıllıya qədər olan 187 km məsafəni əhatə edən ikinci mərhələ baş tutub.
İki mərhələnin yekununa əsasən Azərbaycanın “Elit” yığma komandasının nümayəndəsi Maksim Averin sprinterlərin mübarizəsində ən yaxşı nəticə göstərib və bununla da yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib.
Mərhələnin qalibi isə Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Primoz Roqliç olub - o, məsafəni 4 saat, 43 dəqiqə, 26 saniyəyə başa vurub. Xatırladaq ki,
Roqliç ötənilki "Tour d’Azerbaïdjan" yarışının da bu mərhələsinin qalibi olmuşdu.
Ölkəmizin "Synergy Baku" komandasının üzvü Matey Müqerli finişi mərhələ qalibindən 33 saniyə sonra keçməklə 2-ci yeri tutub. İlk üçlüyü isə ABŞ-ın "Airgas Safeway Cycling Team" komandasının üzvü, 2013-cü il "Vuelta" yarışının qalibi Kristofer Horner tamamlayıb.
İ.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət