Azərbaycanda əlilliyi olan 30 nəfərdən ibarət qrup müalicə almaq üçün Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əlilliyi olan şəxslərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev dövlətin əlilliyi olan şəxslərə qayğı göstərdiyini bildirib.
“Bunun əməli təsdiqi kimi, bu il ölkəmizdən ötən illə müqayisədə 20% çox, yəni 190 nəfər belə şəxsin Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilməsi nəzərdə tutulur. Onlardan 115 nəfərini əlilliyi olan şəxslər, 75 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Cari ilin aprel ayının əvvəlindən biri 28 nəfər, digəri 29 nəfər əlilliyi olan şəxslərdən ibarət iki qrup Türkiyədə 20 günlük bərpa-müalicə kursu keçib. Hazırda göndərilən 30 nəfər də daxil olmaqla, artıq 87 nəfərin qardaş ölkəyə bərpa-müalicəsinə göndərilməsi təmin olunub”,- deyə o bildirib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslərdən sonra gələn ay valideynlərindən birinin müşayiəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Türkiyəyə göndərilməsinə başlanacaq.
S.Abdullayev Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində yaradılmış şərait barədə məlumat verib.
Şöbə müdiri ölkə daxilində də əlilliyi olan şəxslərin bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb.
“Təkcə cari ilin birinci rübü ərzində ƏƏSMN-in bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib.
Eyni zamanda, bu təbəqədən olan şəxslər həmin dövrdə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar”,- deyə o əlavə edib.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət