Qaxın Ləkit kəndində 7 kilsə abidəsi yaxın vaxtlarda konservasiya olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu Rayon Mədəniyyət və Turizm Şöbəsinə istinadən məlumat verir.
Yerli və xarici turistlərin diqqətini cəlb edən bu abidə ilə bağlı müxtəlif zamanlarda bir neçə dəfə tarixçi-arxeoloqlar tərəfindən tədqiqat işləri aparılıb.
Zaman-zaman təbii hadisələr nəticəsində tikili aşınmalara məruz qalsa da öz görünüşünü qoruyub saxlayıb.
Bəzi mənbələrdə abidənin 7-8-ci əsrlərə aid olduğu bildirilir. Ancaq onun 2 minillik tarixə malik olduğuna dəlalət edən faktlar da var.
Ümumi sahəsi 2 hektar olan məbəd ümumilikdə dərslərin keçirildiyi, yaxud dini ayinlərin icra olunduğu amfiteatr, baş kahinin iqamətgahı və köməkçi kahinlərin əyləşdiyi xırda otaqlardan ibarətdir.
Bu ərazidə yerə basdırılmış küp qalıqları və dərin quyular var. Bunlardan taxıl və digər ərzaq məhsullarının saxlanması üçün istifadə olunduğu güman olunur.
Albanların xristianlaşdırıldıqları dövrdən sonra isə məbəddə bəzi dəyişikliklər edilib. Məsələn, işıq üçün pəncərə tipli yerlər hörülərək xaç şəklinə salınıb.
İ.Əhmədov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət