Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı Xəzər regionundan qazın Avropaya nəqlinə dair məsələlərin müzakirəsi məqsədilə daimi işçi qrupun yaradılmasına dair razılığa gəliblər. Bu barədə energetika naziri Natiq Əliyev çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar
Klubunun iclasından əvvəl jurnalistlərə məlumat verib.
“Bu yaxınlarda Türkmənistanda Avropa Komissiyasının Energetika Birliyinin vitse-prezidenti Maroş Şefçoviçin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqının energetika nazirləri səviyyəsində görüş keçirilib. Görüşün yekunları üzrə dörd tərəfin nümayəndələrinin iştirakı ilə daimi işçi qrupun yaradılmasına dair razılığa gəlmişik”, - deyə N.Əliyev qeyd edib.
Onun sözlərinə görə, işçi qrupun tərkibinə Azərbaycanın Energetika, Xarici İşlər, nazirlikləri, SOCAR, eləcə də Ədliyyə Nazirliyinin nümayəndələrinin daxil olması mümkündür.
Nazir qeyd edib ki, dördtərəfli formatda görüşün keçirilməsi “özlüyündə mühüm hadisəyə çevrilib”.
“Görüşdə Türkmənistan tərəfi Trans-Xəzər boru kəmərinin çəkilməsində maraqlı olduğunu xüsusi vurğulayıb və Xəzər dənizindəki sərhədindən Avropaya illik 30 mlrd. kubmetr qaz nəql etməyə hazır olduğunu bir daha elan edib. Bununla əlaqədar həlli tələb olunan məsələlər var. Bu məsələlər Trans-Xəzər qaz kəmərinin tikintisini kimin həyata keçirəcəyi və maliyyələşdirəcəyi, o cümlədən Türkmənistan qazını kimin alacağı ilə bağlıdır. Həmçinin tranzit məsələlərini də həll etmək lazımdır”, - deyə nazir qeyd edib.
N.Əliyev əlavə edib ki, Aİ qaz alıcıları qismində çıxış edəcək iri Avropa enerji şirkətlərindən Xəzər konsorsiumunun yaradılmasını təklif edir.
“Konsorsium çərçivəsində qaz kəmərinin tikintisi məsələləri də həll olunacaq. Ancaq bu məsələdə tam aydınlıq yoxdur və onun həlli çox vaxt apara bilər. Lakin danışıqlar davam edir”, - deyə N.Əliyev vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət