Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasındaİctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin siyahısını nəzərədən keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan xəbər verir.
İclasda qeyd edilib ki, namizədlər Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülüblər.
Sahibkarlar Şurasından Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və “Neurontechologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərovun namizədliyi irəli sürülüb.
Gənclər təşkilatından “İRƏLI” İctimai Birliyinin nümayəndəsi Mirhəsən Seyidov və “Sağlam gəncliyə doğru” İctimai Birliyinin nümayəndəsi Turqay Həsənəliyevin, qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova və “Qadın liderliyi uğrunda” İctimai Birliyinin nümayəndəsi Ülkər Abdullayevanın namizədliyi irəli sürülüb.
İclasın yekunları üzrə siyahının təsdiq olunması və Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması qərara alınıb.
Yuxarıda qeyd edilən siyahı əsasında İTV-nin Yayım Şurasının üç yeni üzvü 6 illik müddətə seçiləcək.
Onlar səlahiyyət müddəti başa çatmış Fuad Muradov, Namiq Məmmədov və Zərifə Salahovanı əvəz edəcəklər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət