Şəmkirdə "Sağlam ailə, sağlam gələcək" mövzusunda keçirilən dəyirmi masada mayın 15-də keçiriləcək Beynəlxalq Ailə Gününə hazırlıq işləri müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Respublikanın 50-dən çox şəhər və rayonunu təmsil edən ailələr Şəmkirdə bir araya gələcək.
Tədbirin yüksək səviyyədə təşkili üçün dəyirmi masa iştirakçıları vəzifə bölgüsü müəyyən ediblər.
Dəyirmi masada ailə, qadın və uşaq problemləri, qadın hüquqları, ailə-məişət zəminində qadına qarşı zorakılıq, nikahdan əvvəl tibbi müayinələrlə bağlı məruzələr səsləndirilib. Tədbir iştirakçıları qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha cəlb olunmasının yolverilməz olduğunu diqqətə çatdırıblar.
“Bütün bu məsələlər ictimai müzakirəyə çıxarıldı və biz inanırıq ki, bu dəyirmi masa adi tədbirlərdən olmayacaq. Və baş verə biləcək mənfi halların qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçiriləcək. Çünki bütün hüquq mühafizə orqanlarının, ədliyyə işçilərinin və icra nümayədlərinin məsul şəxsləri bugünkü tədbirdə iştirak edib”, – deyə Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə bildirib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət