Cümə günü Şəmkirdə Beynəlxalq Ailə Gününə həsr edilən “Ailə bayramı” keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayramda 4 nominasiya üzrə respublikanın 75 şəhər və rayonunu təmsil edən ailələr iştirak edib. Uzunömürlü və çoxuşaqlı ailələrin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının toy adət-ənənələri nümayiş etdirilib.
Çıxış edənlər ictimaiyyəti ailə dəyərlərinin qorunub saxlanılmaqla gələcək nəsillərə ötürülməsinə, gənclərin yaşlılara hörmət ruhunda tərbiyəsinə, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğinə çağırıblar.
Tədbir çərçivəsində Şəmkirdən olan bir neçə gəncin ailə qurmaları rəsmiləşdirilib.
İştirakçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi 8-ci tədbirdir. Ötən 7 il ərzində “Ailə bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki və Abşeronda keçirilib.
F.Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət