Dini radikalizmin nəticələri ilə mübarizə aparmaq mümkün deyil, lakin onun yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə hesab edir.
“Biz dini radikalizmin nəticələri ilə mübarizə apara bilmərik, səbəbləri aradan qaldırmaq lazımdır”, - deyə M.Qurbanlı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib. Onun sözlərinə görə, bunun üçün bəşəriyyət özünün tarixi, dinin nəyin nəticəsində ekstremizmə çevrilməsinə diqqət yetirməlidir.
“Din siyasətlə birləşəndə radikal forma alır və teokratik dövlət formasına çevrilir”, - deyə o bildirib.
M.Qurbanlı qeyd edib ki, bu gün münaqişələr nəinki dinlərarası zəmində, həm də müxtəlif dinlər daxilndə müşahidə olunur.
“İslamda bu, radikal və sadə cərəyanlar arasında, xristianlıqda misal üçün, İrlandiyada katoliklər və protestantlar arasında müşahidə edilir. Radikalizm və ekstremizm anlayışları yalnız İslama aid deyil”, - deyə M.Qurbanlı qeyd edib. Onun fikrincə, bu cür təzahürlərin aradan qaldırılması məqsədilə siyasi proseslərə dini müdaxiləyə imkan verməmək vacibdir.
O, həmçinin hesab edir ki, heç bir din digər din üzərində hegemonluğa iddia etməməlidir.
“Tarix sübut edir ki, heç bir din vahid din kimi formalaşa bilməz”, - deyə o bildirib. M.Qurbanlı vəziyyətdən çıxış yolunu multikulturalizmin təbliğatında görür.
“Əgər bir xristian cəmiyyətində İslam ekstremist din kimi qələmə verilirsə, o zaman həmin cəmiyyətdəki insan tolerant olmayacaq. Əgər islam ölkəsində xristianlıqla bağlı mənfi ideyalar yayılarsa, o zaman xristianlara qarşı da mənfi reaksiya formalaşacaq”, - deyə o qeyd edib.
M.Qurbanlı kilsələrdə oxunan moizələrlə də bağlı daha sayıq olmağın zəruriliyini vurğulayıb.
O, Azərbaycanda mövcud tolerantlıq ənənələrini forum iştirakçıları üçün misal çəkib.
“Hər il Azərbaycanda müxtəlif dini icmalara maddi yardım göstərilir, baxmayaraq ki, müsəlman ölkəsiyik. Əhalinin 96%-i müsəlmanlardır və yalnız 4%-ni müxtəlif dini icmaların nümayəndələri təşkil edir”, - deyə M.Qurbanlı vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət