Bu gün Bakı Slavyan Universitetində Rus dili və ədəbiyyatı üzrə VII Respublika olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azərbaycanda rus dilinin qorunub saxlanması istiqamətində görülən işlər dəfələrlə qeyd edilib. Lakin bunu öz gözünlə görəndə, Bakı şəhərinin küçələrində, eləcə də Azərbaycanın regionlarında təmiz rus dilini eşidəndə, bu, xoş təəssürat yaradır”, - deyə Rusiya səfirinin müşaviri Oleq Muraşev diplomların və xatirə hədiyyələrinin verilməsi mərasimində çıxışı zamanı qeyd edib.
O, bu işdə ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin, təhsil müəssisələrinin rəhbərlərinin böyük xidmətlərini qeyd edib.
“Biz səfirlik tərəfindən çoxtərəfli əməkdaşlığımızın bu aspektinə xüsusi diqqət yetiririk. Hazırda ölkələrimiz arasında humanitar əməkdaşlığa dair yeni proqram hazırlanır”, - deyə O.Muraşev qeyd edib.
Rusiya diplomatik misisyasının nümayəndəsi qeyd edib ki, Rusiya iki dövlətin təhsil müəssisələri arasında sıx əlaqələr saxlayır.
“Rusiya Federasiyası əvəlki kimi ölkəmizdə təhsil almaq istəyənlər üçün pulsuz güzəştlər təqdim edir”,- deyə diplomat bildirib.
O. Muraşev Azərbaycan vətəndaşlarını 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
“Fürsətdən istifadə edərək bütün azərbaycanlıları Respublika Günü münasibəti ilə təbrik etmək istəyirəm. Biz əvvəlki kimi sizinlə münasibətlər qururuq və xalqlarımız arasında dostluq əlaqələri bundan sonra da inkişaf edəcək, çünki bizi yaxşı nəsillər əvəz edəcək”,- deyə o söyləyib.
“Rus dili və ədəbiyyatı bizim üçün yad element deyil. Biz rus dili və ədəbiyyatını Azərbaycanın qədim tarixinin və zəngin mədniyyətinin bir hissəsi hesab edirik”,- deyə təhsil nazirinin müavini Ceyhun Bayaramov qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlılar hər zaman mehriban qonşu və dözümlü olmaları ilə fəxr ediblər.
“Azərbaycanda yüzlərlə orta məktəbdə, onlarla ali məktəbdə həm rus dilinin öyrənilməsi, həm də rus dilində təhsil almaq üçün şərait yaradılıb. Bu gün biz bu barədə danışanda 100 minə yaxın şagird və Azərbaycanda rus dilində tədris edilən 75% ixtisas göz önünə gəlir. Biz mədəniyyətlərin qarşılıqlı təmasını və zənginləşdirilməsini əməkdaşlığın vacib elementi hesab edirik”,- deyə C.Bayramov qeyd edib.
“Azərbaycan MDB-nin ən inkişaf etmiş ölkəsidir, burada rus dili fəal şəkildə öyrənilir, qayğı göstərilir və unudulmur. Rus dili zəngin dildir. XIX əsr rus ədəbiyyatı möhtəşəm ədəbiyyatdır”,- deyə Azərbaycan Yazıçılar İttifaqının üzvü Natiq Rəsulzadə bildirib.
“Keçirilən olimpiadanın nəticələri aydındır: iştirakçıların sayı və əhatə dairəsinə görə bu, əvvəlki yarışları üstələyib. Olimpiadanın təşkilində iştirak etmiş pedaqoqların qiymətləndirmələrinə əsasən, olimpiada şagirdlərin rus dilinə marağını əhəmiyyətli dərəcədə artırır.
Bütün iştirakçılar müvafiq sertifikatlar alacaqlar ki, bu sertifikatlar təhsil müddətində və məktəbi bitirərkən onlara kömək edəcək”,- deyə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov bildirib.
Rus dili və ədəbiyyatı üzrə VII Respublika olimpiadası Rusiyada “Ədəbiyyat ili”nə və Sergey Yeseninin anadan olmasının 120 illiyinə həsr olunub.
Rusiyanın Bakıdakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin təşkilatının Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi və zərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən birgə təşkil olunan olimpiada 2015-ci ilin fevral ayından may ayına qədər keçirilib. Olimpiadada respublikanın 46 regionundan 289 məktəbin mindən çox VII və VIII sinif şagirdi iştirak edib.
Bakı, Sumqayıt, Xaçmaz, Şirvan, Şəki, Zaqatala, Gəncə Tovuz, Şamaxı, Masallı, Lənkəran, Naxçıvan şəhərlərində və İsmayıllı rayonunun İvanovka kəndində 15 regional tur keçirilib.
Məktəblilər rus dili və ədəbiyyatı üzrə test tapşırıqlarını yerinə yetirib, S.Yeseninin şerlərini oxuyub və “Gənc natiq” müsabiqəsində iştirak ediblər.
Həmçinin “Puşkiniana” layihəsi çərçivəsində “A.S.Puşkin və onun liseydən olan şair dostları” müsabiqəsinin, “Qafqaz Sergey Yeseninin yaradıcılığında” internet müsabiqəsinin qalibləri mükafatlandırılıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət