“Bakı-2015” Avropa Oyunları turnirə ev sahibliyi edən Azərbaycana yarışlarda daha çox uğur qazanmaq imkanı verir. Bu sözləri gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov deyib.
“2012-ci ildə London Yay Olimpiya Oyunları zamanı ölkəmizi 53 idmançı təmsil edərkən, biz komandamızın say tərkibinə görə qürur duyurduq. Bu gün isə turnirin ev sahibi hüququndan istifadə edərək Azərbaycanı 300 nəfərə yaxın, daha dəqiq desək, 291 idmançı təmsil edəcək”, - deyə A.Rəhimov Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək atletlərlə görüş zamanı bildirib. Görüş Milli Oilimpiya Komitəsi və “Coca-Cola” şirkəti tərəfindən birgə təşkil edilib.
Onun sözlərinə görə, bu, Azərbayacan idmançılarına qitə oyunlarında uğurla iştirak etmək üçün böyük imkanlar verir.
“Biz Avropa Oyunlarında Azərbaycanın idman ölkəsi olmasını layiqincə nümayiş etdirməliyik. Azərbaycan idmançıları turnirdə yüksək nəticələr əldə etməlidirlər.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət