Tezliklə bütün dünyanın diqqəti “Bakı- 2015” Avropa Oyunlarının keçiriləcəyi Azərbaycana yönələcək. Bunu gənclər və idman naziri, “Bakı -2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov söyləyib.
“Avropa Oyunlarının başlamasına 10 gün qalıb. Gələn həftədən etibarən təkcə Avropa ölkələrinin deyil, bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Bu, hamının üzərinə böyük məsuliyyət qoyur”,- deyə A.Rəhimov çərşənbə axşamı “Bakı-2015” Avropa Oyunlarının paytaxtdakı hərəkət marşrutunun elan edilməsinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə və qitə yarışlarında qələbə uğrunda mübarizə aparacaq 6 mindən çox atleti qarşılamağa hazırdır.
“Ötən həftə Olimpiya kəndinin açılışı oldu. Aprelin 26-da Atəşgahda Avropa Oyunlarının məşəli təntənəli şəkildə alovlandırıldı, məşəl bir aydan çoxdur Azərbaycanın müxtəlif regionları üzrə hərəkət edir. Aprelin sonundan başlayaraq Avropa Oyunlarının məşəli respublikanın 55 şəhər və rayonu ilə 5 min kilometrdən çox yol qət edib”,- deyən A.Rəhimov bu işə mindən çox məşəlçinin cəlb edildiyini söyləyib.
Nazirin sözlərinə görə, Avropa Oyunları məşəli səyahətinin son mərhələsində iyunun 7-dən 11-nə qədər Bakının küçələri ilə gəzdiriləcək.
“Yaxın günlərdə Bakı öz qonaqlarını qəbul etməyə başlayacaq. Əminəm ki, biz Avropa Oyunlarını uğurla keçirəcəyik və beynəlxalq idman arenasında ölkəmizi layiqincə təmsil edəcəyik”,- deyə A.Rəhimov bildirib.
Jurnalistlərin müğənni İlhamə Quliyevanın Avropa Oyunlarının məşəlçisi olacağına dair verdiyi sualı nazir belə cavablandırıb: “Başa düşmürəm, niyə bu sualın ətrafında süni surətdə qeyri-sağlam ajiotaj yaradılıb. Mən çox şadam ki bu gözəl müğənni Bakının küçələri ilə məşəli daşıyacaq 150 nəfərin arasındadır. Ola bilsin ki, o, məşəllə qaça bilməyəcək, lakin hətta məşəl əlində 10-30 metr yerisə belə, mən buna şad olaram”,- deyə A.Rəhimov vurğulayıb. BEGOC-un baş əməliyyat direktoru Saymon Kleq Avropa Oyunlarına biletlərin uğurla satıldığını bildirib.
“Hazırda iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminin biletlərinin 80%-i satılıb. Əminəm ki, yarışların bütün biletləri satılacaq”,- deyə o bildirib.
Tədbirin sonunda Olimpiya çempionu Fərid Mansurov Avropa Oyunlarının alovunu jurnalistlərə təqdim edib.
Avropa Oyunlarının məşəli bazar günü - iyunun 7-də Bakı Buxtasına gətiriləcək. Gün ərzində məşəl Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səyahət edəcək. Bazar günündən bazar ertəsinə keçən gecə məşəl Qız Qalasında qorunacaq.
İyunun 8-də məşəlçilər gün ərzində məşəli oyunların keçiriləcəyi 9 idman obyektinə - Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkına aparacaqlar.
Çəşənbə axşamı məşəl İçərişəhər və digər tarixi yerlərə aparılacaq.
Çərşənbə günü idmançılar məşəllə şəhərin mərkəzi - Nizami küçəsi, Fəvvarələr meydanı, Qış Parkı, Filarmoniya Parkı və Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parkla hərəkət edəcəklər.
İyunun 11-də məşəl Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət