Bu il Goranboyda taxılın məhsuldarlığı ötən ilə nisbətən çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Goranaboy rayonunun Borsunlu, Bəşirli, Qaradağlılar kəndində 3 gündür ki, taxıl biçini aparılır. Rayon üzrə hər hektardan 26-28 sentner taxıl biçilir ki, bu da ötən illə müqayisədə 2-3 sentner çoxdur”, – deyə “Aqrolizinq” ASC-nin Goranboy Rayon Bölməsinin rəhbəri Zəka Zeynalov bildirib.
Bu il rayon üzrə 17 min hektar sahəyə taxıl əkilib ki, bunun da 11 min 600 hektarı arpa, 5 min 400 hektarı isə buğdadır. Artıq 600 hektar sahədə arpa biçilib.
“30 yeni kombaynımız var. Harada kombaynlara ehtiyac varsa, dərhal orada biz tədbir görürük. Bütün kombaynlar saz vəziyyətdədir. Biçin uğurla gedir. Biçini vaxtında və itkisiz başa çatdırmağı planlaşdırırıq”, – deyə Z.Zeynalov qeyd edib.
F. Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət