Səhiyyə Nazirliyi “Bakı-2015” Birinci Avropa Oyunları dövründə operativ tibbi xidmətlərin göstərilməsi məqsədilə qərargah təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Belə ki, qərargah 24 saat fəaliyyət göstərəcək, xarici dilləri bilən mütəxəssislər cəlb olunacaq.
İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərəcəklər.
Bundan başqa, məlumat verilir ki, Avropa Oyunlarının iştirakçıları və şəhərin qonaqları
Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər. Həmçinin qeyd edilir ki, 300 nəfər Avropa Oyunları obyektlərində növbətçilik edəcək.
İdmançılara və qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 100 ədəd təcili tibbi yardım maşını alınıb.
150 nəfər həkim və həmin sayda feldşer xüsusi təlimlərə və ingilis dili kurslarına cəlb edilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət