“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi günü Rusiya və Azərbaycan Azarkeşləri evinin təntənəli açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Mərasimdə Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, RF prezidentinin köməkçisi, ROK-un vitse-prezidenti İqor Levitin, Rusiyanın idman naziri Vitali Mutko, RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin, “Rossotrudniçestvo” agentliyinin rəhbəri Lyubov Qlebova və digər fəxri qonaqlar iştirak edəcəklər.
Bakıda Azarkeşlər Evi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin binasında yerləşib.
Bu layihənin Rusiya Olimpiya Komitəsinin Soçi Olimpiya Oyunları zamanı təşkil etdiyi analoji layihədən əsas fərqi budur ki, burada həm Rusiya, həm də Azərbaycan idmançılarına həsr olunmuş unikal interaktiv ekzpozisiya təşkil olunub. Burada hər kəs idman növləri və atletlər haqqında daha çox məlumat ala, peşəkar idmançıların istifadə etdikləri alətlərə toxuna, maraqlı xatirə şəkilləri çəkdirə biləcəklər.
Azarkeşlər evinə gələnlər sambo üzrə 4 qat dünya çempionu, əfsanəvi idmançı Fyodr Yemelyanenkonun idman geyimini geyinmək, bədii gimnastika üzrə ikiqat olimpiya çempionu Yevgeniya Kanayevanın gürzünü və lentini əllərinə almaq, hətta Rusiyanın çimərlik futbolu üzrə talisman xoşbəxtlik talismanı olan “çempion” qulaqlı papağında və ya Olimpiya oyunlarının bürünc mükafatçısı, NBA-nın peşəkar basketbolçusu Timofey Mozqovun idman formasında şəkil çəkdirmək imkanı əldə edəcəklər.
Bundan başqa, xüsusi 3D eynəklərinin köməyi ilə azarkeşlər idman meydançalarını atletlərin gözləri ilə görə biləcək, unudulmaz duyğular yaşayacaqlar. Ekspozisiyanın hazırlanmasında Rusiyanın dövlət idman muzeyi və idman federasiyaları fəal iştirak ediblər.
Qonaqlar RSFSR və Azərbaycan SSR-ni təmsil etmiş və bütün Sovet idmanına şöhrət qazandırmış tanınmış sovet idmançılarını, məşqçiləri və hakimləri xatırlayacaq, o cümlədən ölkələr müstəqillik əldə etdikdən sonra öz komandalarına şöhrət qazandırmış atletlərin uğurlarını yad edəcəklər.
Azarkeşlər evinə gələn hər bir kəsə I Avropa Oyunalarına həsr olunmuş interaktiv viktorinada iştirak etmək və xatirə suvenirləri qazanmaq təklif ediləck.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət