Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini (vəsaitin yerli orqanların hesablarına köçürülməsi - İF-Az) vaxtından əvvəl başa çatdırıb. Bu barədə DSMF-in məlumatında deyilir.
“DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi iyunun 11-də tam yekunlaşıb”, - deyə məlumatda qeyd olunur.
Yanvar-may aylarında fondun gəlirləri 1 mlrd. 224,9 mln. manat təşkil edib (2014-cü ilin yanvar-may ayları ilə müqayisədə artım 2,8%).
Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 712,4 mln. manat (artım 7,2%), özəl sektordan daxilolmalar 466,8 mln. manat (artım 8,5%) təşkil edib.
2015-ci ilin yanvar-may aylarında fondun xərcləri 1 mlrd. 213,4 mln. manat olub, bunun 1 mlrd. 192 mln. manatı pensiya və müavinətlərin ödənilməsinə yönəldilib.
1 may 2015-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 292,04 min nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət