Bu il Gəncənin Kəpəz rayonu üzrə pensiyaçıların sayında azalma müşahidə olunub, Nizami rayonunda isə bu say ötən illə müqayisədə artıb. Bu barədə İnterfax-Azərbaycan agentliyinin regional bürosu xəbər verir.
Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsində ümumilikdə 24 min 185 min pensiyaçı qeydiyyatdadır. Onlardan 14 min 71 nəfəri yaşa, 8 min 395 nəfəri əlilləyə,1719 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alır.
“Rayon şöbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə pensiyaçıların sayı 114 nəfər azalıb. Əsas azalma əlilliyə görə pensiya alanlardı. Bu da son dövrlər əlilliyin təyin olunmasına daha ciddi yanaşılma ilə bağlıdır” – deyə DSMF-nin Gəncə şəhər Kəpəz rayon Şöbəsinin rəis müavini İlham İsgəndərov bildirib.
Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsi üzrə bu il 184 nəfərə pensiya təyin edilib. Ümumilikdə isə rayon şöbəsinin qeydiyyatında olan pensiyaçıların sayı 20 min 101 nəfərdir.
“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 nəfər çoxdur. Artımın səbəbi ərazi bölgüsü ilə əlaqədar olaraq Göygöl rayonunun Qızılqaya qəsəbəsinin Nizami rayonuna verilməsidir. Qeyd edək ki, pensiyaçılardan 11 min 384-ü yaşa, 7 min 24-ü əlilliyə, 1693 nəfər isə ailə başçısını itirdiyinə görə pensiya alır” – deyə şöbədən verilən məlumatada qeyd edilib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət