Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev azərbaycanlı idmançıların I Avropa Oyunlarında çıxışını və komanda hesabı ilə ikinci yer tutmasını yüksək qiymətləndirir.
“Qazanılmış medalların sayına görə biz liderlik etsək də, komanda hesabı ilə birinci yeri Rusiya tutub. Mənə belə gəlir ki, bizim rəqabətimiz davam edəcək, çünki əsasən komandalara yüksək bal gətirən qızıl medallar nəzərə alınır”,- deyə X.İsayev çərşənbə axşamı jurnalistlərə bildirib.
O, azərbaycanlı idmançıların bundan sonra da uğurlu çıxış edəcəklərinə ümid etdiyini söyləyib.
“Baxmayaraq ki, biz qızıl medalların sayına görə Rusiya komandasından 2 medal az qazanmışıq, bundan sonrakı çıxışlar Avropa Oyunlarında komanda birinciliyi uğrunda rəqabəti artıracaq. Biz buna can atacağıq. Azərbaycan komandası Oyunlarda artıq ciddi addımlar atıb”,- deyə MOK-un vitse-prezidenti qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlı idmançılar yarışlarda Rusiya, Yunanıstan, İngiltərə vədigər ölkələrdən olan ciddi rəqiblərə qarşı mübarizə aparırlar.
“İlk üçlüyə daxil olsaq, yaxşı olar. Bu, bizim üçün böyük xoşbəxtlik olardı”, - deyə X.İsayev qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət