Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 15-ci il buraxılışı münasibətilə tədbir keçirilib.
Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov mərasimdə çıxış edərək deyib ki, son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli yaxşılaşdırılıb, kursantlar üçün müasir şərait yaradılıb. Bütün bunlar bilikli və vətənpərvər gənc zabitlərin yetişdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, liseydə kursantların hərbi və elmi biliklərə yiyələnməsi ilə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olmasına da diqqət yetirilir, onların muxtar respublikamızda keçirilən idman birinciliklərində fəal iştirakı təmin edilir. Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırıb. 2015-2016-cı tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün 977 gənc sənəd verib, onlardan 603-ü qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb.
“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün ölkədə və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələrin döyüş hazırlığı, şəxsi heyətin xidmət şəraiti ilbəil yaxşılaşdırılır”, - deyə V.Talıbov qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ölkə prezidentinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. 56 kursantla fəaliyyətə başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir.
“Hazırda liseydə 657 kursant təhsil alır. Ötən dövrdə Hərbi Liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunub. Liseyin 1 minə yaxın məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirir”, - deyə V.Talıbov qeyd edib. “Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd və cəsur Azərbaycan gəncliyini görür, gələcəyimiz olan bu gəncliklə qürur hissi keçiririk”, - deyə o vurğulayıb.
Ali Məclisin sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Sonra V.Talıbov Hərbi Liseydə əsaslı təmir işlərindən sonar müasir tələblər səviyyəsində qurulan kursant yataqxanası və tədris korpusu ilə tanış olub.
Ali Məclisin sədri yeməkxanada da olub, kursantların qidalanması ilə maraqlanıb.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət