Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında yerli həkimlər üçün bioloji təbabət üzrə “Modul A” tədris proqramına start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayev açaraq bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb strukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır.
Bioloji təbabət klinikasının nümayəndəsi, professor Fikriyyə İbrahimova çıxış edərək deyib ki, 2009-cu ildən fəaliyyət göstərən bu müəssisə ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir. Naxçıvanda bu üsulun tətbiqi üçün may ayında “Bioloji təbabətin əsasları” mövzusunda elmi-praktik seminarlar keçirilib. Seminarlardan sonra növbəti mərhələ olaraq modulların keçirilməsi vacibdir.
Sonra tədris proqramının ilk məşğələləri keçirilib. Almaniyanın Viadrina Universitetinin Bioloji təbabət fakültəsinin müəllimi, təcrübəli mütəxəssis, terapevt, naturopat, bioloji təbabət üzrə ekspert Krabnitzer Marionun “Modul A” proqramı üzrə mühazirələri dinlənilib.
Tədbir Naxçıvan MR Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən Bioloji təbabət klinikasının təşkilatçılığı həyata keçirilib.
Q. Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət