Azərbaycan və Türkiyə alimləri Cənubi Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırımı aktını birgə araşdıracaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA Şərqşünaslıq İnstitutu və Türkiyənin Ərciyəz Universiteti Ədəbiyyat fakültəsi Şərq dilləri bölümü bağlanmış müqaviləyə əsasən tərəflər 1918-1919-cu illərdə Cənubi Azərbaycanda soyqırımı aktını birgə araşdıracaqlar. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Gövhər Baxşəliyeva və Ərciyəz Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölümünün rəhbəri prof. dr. Göksel Türközü imzalayıblar.
“Cənubi Azərbaycanda soyqırımı aktı (1918-1919)” adlı layihənin məqsədi Türkiyə və İranın arxiv sənədlərində Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin aşkarlanması, araşdırılması və ictimaiyyətə çatdırılmasıdır.
Şərqşünas alimlər ermənilərin İranda, o cümlədən Cənubi Azərbaycanda məskunlaşma tarixi, onların yerli iqtisadi-ticarət sahələrində fəaliyyəti və sosial vəziyyəti, təşkilatlanması və bu işdə missioner təşkilatların rolu, o cümlədən ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktlarının araşdırılması istiqamətində iş aparacaqlar.
Layihə çərçivəsində yaradılan İşçi qrupunun müvafiq kitabxana və arxivlərdə çalışması üçün qarşılıqlı, eləcə də İrana ezamiyyətləri təşkil ediləcək.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət