FİFA-nın Çimərlik Futbolu Komitəsinin xüsusi müşaviri Xuan Kusko bu idman növünün Olimpiya Oyunları proqramına daxil ediləcəyinə ümid edir.
“Yaxın gələcəkdə çimərlik futbolunun Olimpiya idman növü olacağına inanıram. Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə yarışların keçirilməsi qarşımıza qoyduğumuz məqsədə yaxınlaşmağımız üçün gözəl imkandır”, - deyə X.Kusko çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, çimərlik futbolu yeni idman növüdür.
“İdman növü kimi 1993-cü ildə yaranıb, 2004-cü ildə isə biz FİFA-nın üzvü olmuşuq. I Avropa Oyunlarının proqramına çimərlik futbolunun daxil edilməsi haqqında qərar bizim üçün ən yaxşı xəbər oldu”, - deyə X.Kusko vurğulayıb.
O, Avropa Oyunlarında futbol üzrə yarışların çox uğurla keçiriləcyinə ümidvar olduğunu bildirib.
“Azərbaycanda yaradılan şəraitdən çox razıyıq. Burada çimərlik futbolu üçün ən böyük stadion inşa edilib. Əminəm ki, turnir fenomenal olacaq”, - deyə FİFA komitəsinin xüsusi müşaviri qeyd edib.
O, həmçinin Avropa Oyunlarının təşkilatçılarının Azərbaycana xüsusi olaraq gətirdikləri qumun keyfiyyətindən məmnunluq ifadə edib.
“Avropa Oyunlarına Avropanın ən yaxşı futbol komandaları gəlib. Bakıda ən güclü heyətlər çıxış edəcəklər”, - deyə X.Kusko vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət