Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatınınBeynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Avstriyanın Vyana şəhərinin Hofburg Sarayında keçirilən “Elm və Texnologiya 2015” adlı beynalxalq konfrans-konqresində iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirin məqsədi ümümdünya ölkələrinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Razılaşmanın və Milli Məlumat Mərkəzləri arasında əməkdaşlığın davam etdirilməsi, dünyanın nüfuzlu beynəlxalq elmi təşkilatlarının təcrübəsindən istifadə, Yer elmlərinin dünya miqyasında inkişaf etdirilməsindən ibarətdir.
Tədbirdə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrdə fəaliyyət göstərən 500-dən çox alim və mütəxəssis iştirak edir.
Q.Babayev “Azərbaycanın Şamaxı-Qobustan-Abşeron ərazisində yerləşən palçıq vulkanlarının püskürməsinə səbəb olan zəlzələlərlə əlaqədar gərginliyin qiymətləndirilməsi” mövzusunda tədqiqatın nəticələrini konfrans-konqresdə və gənc alimlər və dünyanın Milli Məlumat Mərkəzlərinin üzvlərinin yığıncağında təqdim edib.
Tədqiqatın nəticələri Yaponiya, İsveçrə, İtaliya alimləri, o cümlədən “Beynəlxalq Litosfer Proqramı” elmi cəmiyyətinin üzvləri tərəfindən böyük maraqla dinlənilib.
Konfrans işini iyunun 26-dək davam etdirəcək.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət