Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika Federasiyasının vitse-prezidenti Fərid Qayıbov azərbaycanlı gimnastların I Avropa Oyunlarında uğurla çıxış etdiyini bildirib.
“Bizim idmançılarımız I Avropa Oyunlarında uğurla çıxış ediblər. Gimnastımız Oleq Stepko yarışlarda 5 medal qazanaraq oyunlarda bu qədər medal qazanmış ilk idmançı oldu”,- deyə F.Qayıbov cümə axşamı mətbuat konfransında bildirib.
O, həmçinin bədii gimnastika yarışlarında gümüş medal qazanmış Marina Durunda və batut üzərində tullanma yarışlarında bürünc medal qazanmış İlya Qrişuninin də çıxışından razı qaldığını bildirib.
“6 gün ərzində gimnastikanın 6 növü üzrə yarışlar keçirildi və tribunalar tamaşaçılarla dolu idi. Avropa Oyunlarında gimnastikanın 4 Olimpiya və 2 qeyri-olimpiya növü təqdim edildi”,- deyə F.Qayıbov qeyd edib.
O, akrobatika və aerobika üzrə yarışların keçirilməsini böyük nailiyyət adlanıdırıb.
“Akrobatika gimnastikası Olimpiya idman növü ola bilər. Akrobatların Avropa Oyunlarında iştirakı Avropa və dünya akrobatika gimnastikası üçün vacib addım hesab edilir”,- deyə baş katib qeyd edib.
F.Qayıbov “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən söyləyib ki, federasiya “Rio-2016” Yay Olimpiya Oyunlarında azərbaycanlı gimnastların bədii, idman gimnastikası və batut üzərində tullanma yarışlarında uğurla çıxış edəcəyinə inanır.
“Biz Olimpiadada iştirak etmək üçün bu növlərin hər biri üzrə iki lisenziya ala bilərik. Rioda ölkəmizi bədii gimnastika üzrə Marina Durunda və digər gimnastlar təmsil edə bilərlər. Olimpiya lisenziyaları sentyabr ayında Ştutqartda keçiriləcək dünya çempionatında müəyyənləşdiriləcək”, - deyə o bildirib.
Azərbaycanlı atletlər batut üzərində tullanma və idman gimnastikası növlərinin hər birindən bir və ya iki lisenziya qazana bilərlər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət