Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015” I Avropa Oyunlarında çıxış etmiş idmançıların “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazim Babayev, Hayle İbrahimov və Məhəmmədrəsul Məcidov Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüblər.Prezidentin digər sərəncamı ilə Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvləri Kikis Lazarides, Rafael Paqnozzi və Yanez Koçiyançiç də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Adları çəkilən şəxslər I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.
Prezident I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı-2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralosu “Dostluq” ordeni ilə təltif edib.
Bununla yanaşı, Azərbaycan Respublikasında olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə və I Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətlərinə görə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları “Dostluq” ordeni ilə təltif edilib.
Dövlət başçısı Avropa Oyunlarının 24 qalibini və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxsləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov və vergilər naziri Fazil Məmmədovu “Şöhrət” ordeni, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni, 32 nəfəri “Tərəqqi” medalı ilə təltif edib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət