Azərbaycan islam dünyasında əməkdaşlığın inkişafı üçün əlindən gələni edir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Bakıdakı səfirliyində Ramazan ayı və Əl-Qüds Gününə həsr olunmuş iftar süfrəsində bildirib.
“Ölkəmiz bütün müsəlman dövlətləri ilə sıx əməkdaşlıq edir və müşahidə olunan problemlərin həllinə töhfə verməyə çalışır. Azərbaycan ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə yönəlmiş qətnamələri hər zaman dəstəkləyir. Bura İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş, eləcə də Fələstinə dair qətnamələr də daxildir”, - deyə M.Qurbanlı vurğulayıb.
Komitə sədri deyib ki, bütün müsəlman ölkələri Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasını dəstəkləyirlər.
“Ramazan - sülh, əməkdaşlıq ayıdır. Biz bu ayın müqəddəsliyindən istifadə etməliyik. Çox arzu edirəm ki, islam dünyasında müşahidə olunan qarşıdurmalar tamamilə aradan qaldırılsın və islam dünyası bütün daxili ziddiyyətləri həll etməyə müvəffəq olsun”, - deyə M.Qurbanlı bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət