Azərbaycan hökuməti 2016-cı və 2017-2019-cu illərə dövlət büdcələrinin layihələrinin tərtib edilməsi zamanı büdcə xərclərinin səmərəliliyinin artırılmasını təmin etməyə cəhd edəcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə də başlanılıb. Büdcə layihələri ölkədaxili və xaricindəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır”, - deyə S.Şərifov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
S.Şərifovun çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
Maliyyə naziri gələn və növbəti üç ilin büdcəsinə dair bir sıra məqamların üstünü açıb.
“Dövlət büdcəsi layihələrinin tərtibatı zamanı büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılmasına yönələcəyik”, - deyə o qeyd edib.
S.Şərifov əlavə edib ki, hökumət dövlət xərclərinin səmərəliliyinin artırılmasına cəhd edəcək. “Bununla yanaşı, sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetiriləcək”, - deyə nazir vurğulayıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 10 mlrd. 388 mln. manat və ya cari il üçün büdcə gəlirlərinin 53,4% səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət