Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezidentin verdiyi tapşırıqlarla əlaqədar işə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.
“Nazirlik respublikada iki və üçulduzlu otellərin tikintisi ilə bağlı müvafiq strukturlara məktublar hazırlayıb”, - deyə V.Şixəmmədov bildirib.
Onun sözlərinə görə, məktublarda bu istiqamətdə sahibkarların stimullaşdırılmasının əhəmiyyəti qeyd olunur.
“Həmçinin nazirlik turistlərə daha sərfəli tariflərin təqdim olunması üçün mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi məsələsinə xüsusi diqqət ayırır”, - deyə o qeyd edib.
Nazirliyin nümayəndəsi əlavə edib ki, bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanıb.
Bundan başqa, V.Şixəmmədov qeyd edib ki, otellərin menecerləri ilə müvafiq iş aparılacaq.
Elektron vizaların verilməsinə gəlincə isə, o bildirib ki, Xarici İşlər Nazirliyinin köməyi ilə vizaları qısa müddətə rəsmiləşdirməyə imkan verəcək xüsusi Fəaliyyət Planı hazırlanacaq.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət